Gürcüstanın hakim partiyasının rəhbərliyi müxalifətin mitinq xəbərdarlığını heçə alıb...

“Ultimatumlarını özlərinə saxlasınlar, destruktiv addımlar atmağa cəhd etsələr, ən sərt cavabı alacaqlar". 24News.ge xəbər verir ki, bu sözləri "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, ölkəyə sülh lazımdır və "Gürcü Arzusu" buna cavabdehdir: Kobaxidze həmçinin, Saakaşvilinin aclıq aksiyasının saxta olduğunu da dilə gətirib: "Hər kəs Mixeil Saakaşvilinin aclıq aksiyası keçirib-keçirməməsi ilə maraqlanır. Bu suala çox aydın cavab verildi və hər şeydə olduğu kimi, bu məsələdə də Saakaşvili saxtadır. Onun aclığının saxta olduğu ortaya çıxdı. Bütün ictimaiyyət bununla maraqlanırdı və Saakaşvilinin aclıq aksiyasının saxta olduğuna əmin oldu", - deyə Kobaxidze bildirib. Nika Melia Mixeil Saakaşvilinin mülkü klinikaya köçürülməsi üçün hökumətə 24 saat vaxt vermişdi, əks təqdirdə 8 noyabrda genişmiqyaslı etiraz aksiyası keçirəcəklərini bildirmişdi. Nəticə olaraq isə Saakaşvili klinikaya köçürülmədi və bu gün, saat 20:00-da müxalifət Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirəcək.

Artıq müxalifət düşərgəsində qeyd etdikləri mitinqə ciddi hazırlaşırlar...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN