Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin rəhbəri Aşot Zakaryan tezliklə vəzifəsindən azad ediləcək.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə yerli “Hparak” qəzeti yazıb.

Bildirilib ki, onun müqavilə müddəti oktyabrın 10-da başa çatıb. Eyni zamanda, Zakaryanın keçmiş müdafiə naziri David Tonoyan və biznesmen David Qalstyanla əlbir olduğu iddia edilir.

Nəşrin məlumatına görə, artıq həmin vəzifəyə yeni namizəd var.

A.Zakaryan isə bu iddiaları rədd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN