Zəfər Günü münasibətilə (8 noyabr) elan olunmuş Amnistiya aktının icrasına başlanılıb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda aktının tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir: "Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək".

Xatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN