Bakıda 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi barədə məlumat vermişdik.

Məsələ ilə bağlı məktəbdən valideynlə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, məktəb rəhbərliyi həmin müəllimə töhmət verib: "Həmçinin Təhsil İdarəsindən valideynlə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb".

Xatırladaq ki, hadisə bir müddət əvvəl Almaniyadan Azərbaycana deportasiya olunan jurnalist Röya Rəfilinin övladı ilə bağlı baş verib. Belə ki, 116 nömrəli məktəbin müəllimi jurnalistin oğlan övladını saçının uzun olması səbəbindən şagirdlərə qız kimi təqdim edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN