Ermənistanın hazırkı siyasi hakimiyyəti Türkiyə və Azərbaycanla əlaqələr qurmağa həvəs göstərir...

“Erməni tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır”, -deyən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əlavə edib ki, “Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələnin “3+3” formatında müzakirəsi üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz həm Ankaraya, həm Bakıya getməyə, həm də bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”.

A. Qriqoryan qeyd edib ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır.

Bəli, həqiqətən də Azərbaycanın 44 günlük müharibəsi regionda yeni reallıqlar yaratmaqdan başqa, həm də Ermənistana tarixi mətləbləri başa salmış oldu...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN