Rusiyalı 23 yaşlı qadın Maria Maltseva türkiyəli sevgilisi Veysel Üzümcüyə görə müsəlman dinini qəbul edib.
Rusiyalı qadın tətil etmək üçün Antalya şəhərinə gəlib. O, Antaliyada oteldə işləyərkən Veysellə tanış olub. Bir müddət sonra onlar evlənməyə qərar veriblər.
Bildirilir ki, oğlanın ailəsi müsəlman dinini qəbul etmək üçün qadının qarşısına şərt irəli sürməyib.
Maria özü həm müsəlman dinini qəbul edib, həm də Türkiyənin adət-ənənələrini öyrənib.
Məlumata görə, Maria müsəlman dinini toydan əvvəl qəbul edib.
Qeyd edək ki, qadının bu addımı oğlanın ailəsi tərəfindən təqdir edilib.
E.ŞİRİNOV