Rusiyanın bu ucqar bölgəsində yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin yerli ictimaiyyətə çatdırılmasında böyük işlər görürlər

Yaraslavl Regional Azərbaycan Milli-Mədəni Muxtariyyatının Yaraslavl şəhərində  yaratdıgı “Azərbaycan Mədəniyət Mərkəzində” 20Yanvar faciəsinin 32-ci il dönümü anılıb.

Tədbiri giriş sözü ilə təşkilatin rəhbəri Asiman Hüseynov açaraq deyib: “ Əziz soydaşlarımız, bildiyimiz kimi, Ali Baş Komandan, prezident cənab İlham Əliyevin sərkərdəlik bacarığı, ordumuzun rəşadəti, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində 30 il işğalda olan torpaqlarımız işğaldan azad edildi. Bu gün  ölkə hüdudlarından kənarda yaşayan  bizlər artıq qalib bir xalqın vətəndaşı kimi qürur hissi keçiririk. Xalqımızın qələbəyə gedən  yolu 20 yanvar faciəsindən başladı desək səhv etmərik.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, o vaxtkı Sovet hökuməti SSRİ-nin dağılmasının qarşısını almaq və Azərbaycanın müstəqilliyə gedən yolunu kəsmək, xalqımızın gözünü qorxuzmaq məqsədiylə Bakıya qoşun yeritdi. Nəticədə, uşaq cavan, qadın, qoca olmaqla yüzlərlə insan həyatını itirdi və şəhidlik zirvəsinə ucaldı. Amma bu faciə xalqımızın mübarizə əzmini qıra bilmədi və Azərbaycan 1991-ci ildə öz müstəqilliyinə qovuşdu. Gəlin bu yolda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək (anım sükutundan sonra şəhidlərin ruhuna Qurani Kərimdən surə oxundu). Hörmətli soydaşlarımız, 20 yanvar faciəsini törətməklə arzusuna çatmayan və Azərbaycanın müstəqilliyini həzm edə bilməyən Sovet hökuməti əvəzində Qarabağ problemini bizə miras qoydu. Yenicə müstəqilliyinə qovuşmuş dövlətimizin hələ tam formalaşmadığından istifadə edən ermənilər, havadarlarının dəstəyi ilə  torpaqlarımızın 20 faizini işğal etdilər. Bu müddət ərzində Azərbaycan, prezident İlham Əliyevin uzaq görən siyasəti sayəsində siyasi və iqtisadi cəhətdən gücləndi. Ona görə də 30 illik işğala 44 günlük savaşla son qoyuldu. Amma  Azərbaycanın tarixinə qəhrəmanlıq səlnaməsi kimi yazılan 20 yanvar hadisəsini heç vaxt unutmuruq və hər il prezident İham Əliyev və Mehriban xanım Əliyeva başda olmaqla, xalqımız faciə qurbanlarını  yad edir. Biz vətəndən kənarda olsaq da, həmişə vətənimizin ağrı-acıları və sevinci ilə birgə yaşayırıq. 2020-ci ildə baş verən 44 günlük savaşla qazandığımız tarixi zəfər nəticəsində, həm 20 yanvar, həm də bütün Qarabağ şəhidlərinin qisasını aldıq. Bunun üçün biz həm şəhidlərimizə, həm qazilərimizə,  həm də veteranlarımıza borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezlilklə sağlamlıqlarına qovuşsun, veteranlarımıza da uzun ömür və can sağlığı diləyirik”.

Tədbirdə regionda yaşayan coxsaylı soydaşlarımız iştirak edirdilər. Hər bir çıxış edən soydaşlarımız 20 yanvar faciəsi barədə öz təəssüratlarını bölüşürdülər. Gəlin qısa da olsa, onların da fikirləri ilə tanış olaq.

Rəşad Əhmədov: -Qanlı Yanvar hadisəsi baş verəndə, biz Gürcüstan azərbaycanlıları etiraz olaraq məktəblərdə pioner qalstuklarını çıxarıb atdıq.  Bu hadisədən sonra vətənimizin bizi də öz tərkibinə qaytaracağına ümid edirdik”.

Cəlil Xəlilov:-20 yanvar türk dünyasının canlanmasında böyük rol oynadı.

Samir Məmmədov: -Mən indi başa düşürəm ki, xalqımızın başına necə müsibətlər gətiriblər. Mənim onda cəmi 2 yaşım vardı.Valideyinlərimiz danışır ki, bizi  həmin gecə stolun altında gizləmişdilər.

Zahid Şaxhüseynov:- Biz Mingəçevirdə yaşayırdıq. Bu qanlı hadisədən sonra Qorbaçovun qurduğu sistem, bu xalqın ayağa qalxmağından qorxmağa başladı.

Məhəbbət Mamedov:-Sovet imperiyasının tərkibində olan 6 türk əsilli dövlətdən ilk olaraq Azərbaycan öz müstəqilliyini qazandı. Bizim SSRİ- yə qarşı heç bir narazıçılıqımız yox idi. Mitinqə səbəb etmənilərin Qarabağda və Qərbi Azərbaycanda göstərdikləri vandallıq və azərbaycanlılara qarşı törətdikləri qətllər idi. Biz vətənimizin müstəqilliyi uğrunda can verən övladlarını unutmur və unutmayacaq! Şəhidlər qürur mənbəyimizdir! 

QədirƏliyev:- Mənim üçün bu gün “Qürür Günüdür!”

Polad Qafarov:-Mən  o zaman, bu hadisə baş verəndə, 9-cu sinifdə oxuyurdum,. Bizə yeni komsomol biletləri verilmişdi. Yeni verilməsinə baxmayaraq, biz onları elə ordaca yandırdıq.

Tarıyel Almuradov:-Mən həmin vaxtda Gürcüstanın Bolnisi rayonunda yaşayırdım. Xəbərləri radio vasitəsi ilə eşidirdik. Mənim fikrimcə Qanlı Yanvar hadisəsi  azadlığa gedən yolun başlanğıcı idi. 

Əli Babayev:-Hər şey əvvəlcədən düşünülmüşdü. Xalqımız sadəcə öz azadlığını və hüquqlarını tələb edirdi.

Fərid Məmmədov:- Mən öz vətənimizdə iki il təhsil almışam. Bu müddət ərzində müəllimlərimiz  bu günün həm Qürur, həm də Hüzn günü olduğunu bizə anladıblar.

Ənvər Əmrahov: -Mən hərbi məktəbin kursantı olmuşam və həmişə bu günü bizə vətənin azadlığa gedən yolunun başlanğıcı kimi anladıblar.

Sonda təşkilatın rəhbəri Asiman Hüseynov tədbirdə iştirakına görə soydaşlarımızin hər birinə təşəkkürünü bildirib.

Yaraslavl Reqional Azərbaycan Milli-Mədəni Muxtariyyatının gənclər təşkilatının üzvü: Məhəbbət Mamedov

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN