...Kiyevdə qəribə hadisə baş verib...

Belə ki, 2004-2012-ci illərdə Gürcüstanda baş prokuror və ədliyyə naziri olmuş, hazırda isə Ukrayna Baş prokurorunun müşaviri Zurab Adeişvili Kiyevdə hücuma məruz qalıb. "Ukrainskaya pravda" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata əsasən, Z.Adeişviliyə yaxınlaşan naməlum şəxslər onu döyüblər. İnsidentin Adeişvilinin Gürcüstandakı fəaliyyəti ilə bağlı olduğu qeyd edilib. Hazırda o, xəstəxanada həkimlərin nəzarəti altındadır, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. Kiyev polisindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Zurab Adeişvili ötən ilin aprelində Gürcüstan vətəndaşlığından imtina edib. O, Gürcüstanda bir neçə cinayət işi üzrə qiyabi olaraq həbs cəzasına məhkum edilib və axtarışa verilib.

 Yəqinki istintaq bu məsələtə tezliklə aydınlıq gətirəcək. Çünki artıq fakt üzrə cinayət işi başlanıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN