Mənbənin məlumatına görə, söhbət Krımda keçirilən Dövlət Dumasına seçkilərlə bağlı olan şəxslərdən gedir.

Avropa İttifaqının 27 ölkəsinin səfirləri bu gün RF-nin Krımda Dövlət Dumasına seçkilərin təşkilinə görə Aİ-nin Rusiya üçün qara siyahısına daha 5 nəfərin daxil edilməsi barədə razılığa gəliblər. Bu barədə TASS-a çərşənbə günü Brüsseldəki diplomatik mənbə məlumat verib.

  Mənbənin məlumatına görə, səfirlər Krımda Rusiya parlamentinə seçkilərin keçirilməsi ilə bağlı daha beş fiziki şəxsin Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərinə görə qadağanedici tədbirlər siyahısına əlavə edilməsi üçün yaşıl işıq yandırıblar.

Bu qərarın gələn həftə Aİ Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənəcəyi gözlənilir.

Öz növbəsində, Aİ xarici xidmətinin rəsmi nümayəndəsi Peter Stano mövzu ilə bağlı şərh verməkdən imtina edib.

" Həmişə olduğu kimi, biz, sanksiyalarla bağlı Aİ Şurasının yekun təsdiqinə qədər davam edən müzakirələri şərh etmirik. Bundan sonra sanksiyalar Aİ-nin Rəsmi dərgisində dərc olunacaq, yalnız bundan sonra biz onları açıq şəkildə şərh edə bilərik", - deyə agentliyə bildirib.

Hazırda Aİ-nin qara siyahısına 177 Rusiya və Ukrayna vətəndaşı və 48 təşkilat daxil edilib.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN