Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin şikayəti üzrə qərar elan edib.

Yerli mətbuat xəbərə verir ki, məhkəmədən göndərilən qərarda C.Hacıyevin şikayəti təmin olunub.

Qərarda konvensiyanın 5-ci maddəsinin pozuntusu tanınıb.

Qərarda qeyd olunur ki, C.Hacıyevin həbsi qanunsuz və barəsindəki həbs qətimkan tədbirinin müddətinin artırılması əsassız olub.

Hökumət buna görə C.Hacıyevə 3500 avro təzminat ödəməlidir.

Qeyd edək ki, Cahangir Hacıyevin məhkəmədə hüquqlarını tanınmış vəkil Aqil Layic müdafiə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN