Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edilib...

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumatda deyilir. Belə ki, Baş Prokurorluğun Azərbaycan vətəndaşı Mustafayev Röyal Fərman oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub. "... Şəmkir Rayon Polis Şöbəsinin icraatında olan cinayət işi üzrə R.Mustafayevin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 23.04.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdu. R.Mustafayev 24.08.2021-ci il tarixdə Rusiyada müəyyən edilərək saxlanılıb. Ötən gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə R.Mustafayev Rusiyadan Azərbaycana gətirilib".

İndi qalır Röyal Mustafayevin törətdiyi əməlinə hüquqi qiymətin verilməsi. Deməli, hər bir kəs əməl törədəndə onun Azərbaycan CM-nin hansı maddəsinə uyğun gəlib-gəlməməsini aydınlaşdırıb dəqiqləşdirsə yaxşı olar...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN