Bakıda üç azyaşlı məktəbli qıza qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən xəbər verilib.

Bildirilib ki, 2021-ci il fevral ayından hazırkı müddətə qədər 8, 9 və 12 yaşlı qızlarına qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər edilməsi barədə məlumat daxil olub.

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında apardıqları araşdırmalarla “KİA” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şağan qəsəbə sakini E.Camalovun 2021-ci ilin fevral ayından fevraln 11-dək olan müddətdə avtomobilində sərnişin kimi apardığı Xəzər rayon sakini olan həmyerliləri olan 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Camalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN