...Bəzən adi məişət problemini qanla yumaq istəyi sonda dəhşətli faciılərə gətirib çıxarır...

Şəmkirdə kişi arvadını və azyaşlı övladını qətlə yetirib. DİN mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb. Belə ki, Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Həsənov Elməddin həyat yoldaşı, 1995-ci il təvəllüdlü Lalə Həsənovanı və 2014-cü il təvəllüdlü Qumru Həsənovanı bıçaqlayaraq qətlə yetirib. Hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunub.

Baş prokurorluqdan isə "Təzadlar"a verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən Elməddin Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onun həyatını puç edən əməlinin nədən baş verdiyi barədə düşünməyinə uzun illərli vaxtı olacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN