Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.

Hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Elməddin Həsənov 1995-ci il təvəllüdlü həyat yoldaşı Həsənova Laləni və 2014-cü il təvəllüdlü qızı Q.Həsənovanı bıçaqla qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Atrıq qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub.

Çinarlı qəsəbəsinin yerli nümayəndəsi Elçin Abbasov bildirib ki, qətli törədən Elməddin Həsənov əsəb xəstəliyindən əziyyət çəkirmiş. Hadisənin də bu səbəbdən törədildiyi bildirilir.

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib, E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN