Moskva Rusiya neftinin qiymət tavanını qəbul etməyəcək. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, bu vəziyyətin təhlili davam edərkən, hakimiyyət onun nəticələrinə əsasən gələcək qərarlar barədə məlumat verəcək.

"İndi təhlil edirik. Belə bir tavan üçün bəzi hazırlıq işləri aparıldı. Biz bu tavanı qəbul etməyəcəyik və işin necə təşkil ediləcəyini, tez aparılacaq təhlildən sonra məlumat verəcəyik”, - Kreml sözçüsü bu qərarı şərh edərkən bildirib.

Cümə günü Aİ ölkələri dəniz yolu ilə tədarük edilən Rusiya neftinin tənzimlənən qiymət tavanının bir barel üçün 60 dollar olması barədə razılığa gəliblər və şənbə günü bu qərar Aİ Şurası tərəfindən təsdiqlənməlidir. Oxşar tədbirlər G7 ölkələri və Avstraliya tərəfindən elan edildi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN