Aİ Şurası qadağa altında qalan qonşu Aİ ölkələrinə taxıl ixracı istisna olmaqla, Ukraynadan ixraca dair bütün kvota və tariflərin ləğvini bir il müddətinə uzadıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı bəyanatda deyilir.
"Aİ Şurası Ukrayna ixracına dair bütün gömrük rüsumlarının, kvotaların və qoruyucu ticarət tədbirlərinin ləğvinin daha bir il - 2024-cü ilin iyun ayına qədər uzadılması barədə qətnaməni təsdiqləyib", - məlumatda deyilir.
Eyni zamanda, Ukrayna taxılının qonşu Aİ ölkələrinə ixracına Avropa Komissiyası tərəfindən mayın əvvəlində onların bazarlarında ehtiyatların çox olması səbəbindən tətbiq edilən qadağa qətnamədə qeyd olunmayıb, ona görə də bu tədbir qüvvədə qalır.
E.ŞİRİNOV