Azərbaycanda fəaliyyət göstərən klinikaların 80 faizi xanım sahibkarlara məxsusdur.

Bunu“Qızıl əllər” MMC-nin rəhbəri, Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva bildirib.

Sədr bildirib ki, qadınlar daha çox kiçik sahibkarlıqla məşğul olurlar, lakin iri sahibkarlıq subyektini çalışdıran qadınlarımız da var. 

Qeyd edək ki, Azərbaycanda sahibkar qadınların sayı artmaqdadır. Statistik məlumatlara görə, ölkəmizdə son 13 ildə qadın sahibkarlarının sayında 22,0 faiz artım var. Belə ki, 2023-cü il aprelin 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadın sahibkarların sayı 277 min 246 nəfər təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə  Sahibkarlığın İnkişafı Fondu 2726 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 145,9 milyon manat güzəştli kredit verib, hansı ki, bu layihələrin ümumi dəyəri 399,4 milyon manat olub.

Ayrılmış həmin güzəştli kreditin 13,9 milyon manatı 218 qadın sahibkarın layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN