Balıq məhsullarının istehsalı üzrə ixtisaslaşan və Rusiya bazarında Astraxanın (Həştərxan) qüsursuz reputasiyaya malik olduğu “Sedoy Caspiy” şirkəti Azərbaycanda satış bazarı yaradır.
“Şirkətin nümayəndələri “InterFood Azerbaijan” sərgisində yeni müştərilərlə görüşüblər və artıq müqavilələr bağlamağa hazırdırlar. Şirkət 10-15 ildir ki, bəzi təchizatçılarla əməkdaşlıq edir".
AiF Astraxan-ın məlumatına görə, bu fikri müəssisənin rəhbəri Anna Seleznyova bildirib.
Seleznyova əlavə edib ki, şirkət Azərbaycana dəniz və çay balıqlarından yüzə yaxın məhsul, o cümlədən Rusiyanın regionlarında yaxşı tanınan balıq biftekləri, basturma, qəlyanaltılar, hətta kürü çipsləri də tədarük etməyə hazırdır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2022-ci il ərzində Azərbaycana dəyəri 34 milyon 806 min ABŞ dolları dəyərində balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib ki, bu da 2021-ci illə müqayisədə 29% artım deməkdir.
Xatırladaq ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda balıqçılıq və balıqçılıq istehsalı kəskin azalmağa başladı. Balıq istehsalı isə ildə 20 min tondan çox azaldı. Artıq ölkəmiz balıq və kürü istehsalında tərəqqi əldə etməkdədir.
JASMİN