İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO/IEC 22989:2023 “İnformasiya texnologiyaları — Süni intellekt — Süni intellektə dair anlayışlar və terminologiya” yeni dövlət standartı qəbul edilib.

TEZADLAR.AZ AZSTAND-ın məlumatına əsasən xəbər veriri ki,  sosial-iqtisadi inkişafda süni intellektin tətbiqi vətəndaş məmnuniyyətinin təmin olunması üçün böyük rol oynayır. İnformasiya texnologiyaları sahəsində süni intellekt iş əmsalının artırılması, istehsalatda vaxta, enerji resurslarına və büdcə vəsaitlərinə qənaət edilməsi baxımından əvəzolunmaz texnologiyadır. Süni intellektə əsaslanan sistemlərin yaradılması, tətbiq edilməsi və davamlı təkmilləşdirilməsi rəqəmsal iqtisadiyyatın prioritet istiqamətlərindəndir.

Rəqəmsal texnologiyaların inkişafının əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq proseslər həyata keçirilir. Bununla əlaqədar olaraq dövlət standartında süni intellekt texnologiyasının daha yaxşı anlaşılması və istifadə edilməsi üçün standartlaşdırılmış anlayışlar və terminologiya təqdim edilir.

Bu standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN