İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti “Prestij-Kimya“ MMC 2025-ci ildən bu sənaye parkının ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalına başlayacaq.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına məlumat verən MMC-nin təsisçisi və direktoru Rüfət Pirişovun sözlərinə görə, “Araz Vadisi İqtisadi Zonası”nda yeni zavodun tikilməsi ilə əlaqədar müəyyən işlər görülüb. Bu ilin sonuna kimi zavodun tikintisinin yekunlaşması, gələn ildən isə onun fəaliyyətə başlaması nəzərdə tutulur. Yeni zavodun inşası üçün tələb olunan sərmayənin ümumi məbləği 5 milyon manatdan çoxdur. İndiyədək bu zavodun tikintisinə 1,6 milyon manat sərmayə yatırılıb.

R.Pirişov hazırda Sumqayıtdakı zavodda da dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsullar istehsal etdiklərini, yeni zavodun gündəlik istehsal gücünün Sumqayıtdakı zavoddan 4 dəfə çox olacağını söyləyib: “Sumqayıtda zavodun gündəlik istehsal gücü 30-31 tondur. Biz “Araz Vadisi İqtisadi Zonası”nda gündəlik istehsal gücünü 110-120 tona qaldıracağıq".

Şirkət direktoru bildirib ki, hazırda məhsullarını Türkiyə, Rusiya və Gürcüstana ixrac edirlər: "Rusiya, Qazaxıstan, Gürcüstan bazarı ilə bağlı yerinə yetirə bilmədiyimiz sifarişlər var. Rusiyada bir marketlər şəbəkəsinə aylıq sifarişimizin yalnız 21 faizini təmin edə bilirik. Məqsədimiz odur ki, istehsalımız genişləndikdən sonra bu sifarişi 100 faiz təmin edə bilək”.

Xatırladaq ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən 2021-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılıb. Hazırda Sənaye Parkının 7 rezidenti var.

Qeyd edək ki, sənaye parkının yaradılmasında məqsəd - İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi;

Qarabağın sənaye potensialının inkişaf etdirilməsi; Sahibkarlığın dəstəklənməsi;

Müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi;

Əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarətdir.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN