Ümumilikdə neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb
*** 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk ayında Azərbaycanda 9 milyard 430 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalma deməkdir. Bəs, Azərbaycan ümumi daxili məhsulunda azalmanın səbəbi nədir?
TEZADLAR.AZ xəbər verir ki, sualın cavabını deputat, iqtisadçı-ekspert Vüqar Bayramov sosial media hesabında belə izah edib:
"ÜDM-də azalmanın əsas səbəbi neft-qas sektorunda hasilatın aşağı düşməsidir. Belə ki, bu ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb. Bütövlükdə isə, neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb".
Onun sözlərinə görə, 2025-ci ilin ilk ayında ÜDM-də azalmanın qeydə alınmasına rəğmən, iqtisadi artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir.
"ÜDM-də azlamaya rəğmən, qeyri neft-qaz sahəsindəki 9,9 faiz artım bu il qeyri-resurs sektorunun iqtisadi artımda drayver olacağından xəbər verir. Neft-qaz sənayesindəki azalma, həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir", - deyə diqqətə çatdırıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN