Gürcüstanda istixana tərəvəzləri, xüsusən də xiyar və pomidor bahalaşıb, çünki ölkə Türkiyə idxalından çox asılıdır.

Tezadlar.az  Gürcüstan KIV-nə istinadən xəbər verir ki, yerli iqtisadçı-ekspertlərin fikirincə buna səbəb Türkiyədə inflyasiyanın xeyli dərəcədə yüksəlməsidir. Qeyd olunur ki, yerli bazarı təmin etmək üçün Gürcüstan istixana tərəvəzlərini müxtəlif ölkələrdən idxal etmək məcburiyyətindədir.

Türkiyə Statistika Qurumunun məlumatına görə, bu ilin mart ayında fevral ayı ilə müqayisədə istehlak qiymətləri 6% artaraq, illik inflyasiya 61%-ə çatıb. Bu isə 20 ilin ən yüksək göstəricisi hesab olunur. Məlumata əsasən, Türkiyə yerli qiymətləri sabitləşdirmək üçün bəzi kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyub. Aparılan monitorinq məlumatlarına görə, Gürcüstanın Türkiyə meyvə-tərəvəzindən yüksək asılılığı nəticəsində ölkədə bəzi əsas məhsulların qiymətləri ötən illə müqayisədə 30%-dən 140%-ə yüksəlib.

Gürcüstanda illik qiymət artımı aşağıdakı kimidir: ● Qırmızı pomidor - 140% ● Yerkökü - 88% ● Soğan - 73% ● Xiyar - 57% ● Şirin bibər - 55% ● Çiyələk - 35% ● Çəhrayı pomidor - 29%.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN