Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukraynaya ekstradisiyası qeyri-mümkündür.

Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

Qeyd edək ki, daha əvvəl Saakaşvilinin ukraynalı vəkili Vadim Zavoritnı bildirib ki, Ukrayna məhkəməsi Ukrayna ədliyyəsinə Saakaşvilinin 2018-ci il işində zərərçəkmiş qismində məhkəməyə gələ bilməsi üçün müvəqqəti ekstradisiyası tələbi ilə Tbilisiyə müraciət etməyi tapşırıb.

"Bu cür rəsmi müraciət olmayıb, ona görə də bizim tərəfimizdən bu məsələnin müzakirəsi bir qədər əhəmiyyətsiz ola bilər. Lakin bu tip sorğu daxil olarsa, imtina üçün beynəlxalq müqavilələrdə və Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş əsaslar var", - deyə Gürcüstan mətbuatı nazirdən sitat gətirib.

Nazir həmçinin xatırladıb ki, hazırda Saakaşvili iki cinayət işi üzrə mühakimə olunub, daha üç cinayət işi üzrə məhkəmə prosesi gedir.

Xatırladaq ki, Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze də bir müddət əvvəl xəbər vermişdi ki, oktyabrın 6-da Ukrayna məhkəməsində Saakaşviliyə qarşı qeyri-insani rəftar faktına görə məhkəmə prosesi baş tutacaq. Vəkil bildirib ki, şahid qismində dindirilməsi və Ukraynaya göndərilməsi barədə vəsatət irəli sürülüb. Vəkilin sözlərinə görə, Ukrayna Prokurorluğu artıq Saakaşvilinin şahid qismində dindirilməsi tələbini dəstəkləyib və onlar müvafiq sənədləri məhkəməyə göndərəcəklər.

Oktyabrın 6-da isə Saakaşvilinin vəkili Şalva Xaçapuridze məlumat verdi ki, Ukrayna məhkəməsi Saakaşvilinin Gürcüstandan Ukraynaya köçürülməsi barədə qərar qəbul edib. Qərara əsasən, o, zərərçəkmiş şəxs qismində dindirilməlidir. Ukrayna Ədliyyə Nazirliyi sözügedən qərarı Gürcüstana göndərəcək, bundan sonra Saakaşvilinin şahid qismində təhvil verilib-verilməməsi Gürcüstanın öz işi olacaq.

Budur, Gürcüstanın Ədliyyə Nazirliyi əvvəlcədən öz sözünü dedi – bu barədə müraciət daxil olmasa belə…

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN