"Polisə Dəstək" İctimai Birliyi Azərbaycan Dövlət Pedoqoji Universitetin Cəlilabad filialında tələbə və pedoqoji heyətin  iştirakı ilə "İnsan Alverinə yol verməyək!" mövzusunda növbəti geniş seminar-mühazirəsini həyata keçirmişdir.

Birlikdən "Təzadlar"a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin eqidası altında həyata keçirilib və maliyyə dəstəyi ilə icraya yönəlib. Maarifləndirmə xarakterli tədbir diskussiya şəraitində davam etmişdir. İnsan Alverinə Qarşı Mübarizənin gücləndirməsi məqsədilə  Prezidentin təsdiq etdiyi Milli Fəaliyyət Planı əsasında Mərkəzi İcra Hakimiyyəti orqanları bu sahədə gördükləri işin mahiyyəti barədə DİN-ə vaxtaşırı hesabat verirlər.
Milli Koordinator, polis general-leytenantı Seyfulla Əzimov da  öz növbəsində Milli Məclisdə hesabat xarakterli məruzə ilə çıxış edib. Bütövlükdə Milli Fəaliyyət Planının icrası DİN-nin tam nəzarətindədir. Tədbirdə ADPU-nun Cəlilabad rayon filialının direktoru Xudayar Sultanlı, "İnsan Alveri cinayətlərinə yol verməyək!" layihəsinin rəhbəri Şəmsəddin Əliyev, layihə üzrə ekspert-hüquqşünas Aydın Kərimov, hüquqşünas Leyli Quliyeva çıxış etmişlər. İnsan hüquq və azadlıqları ilə bağlı verilən suallar cavablandırılmış, insan alverinə qarşı həyata keçirilən mübarizənin məqsədi və bu istiqamətdə DİN-nin İAQMBİ-nin gördüyü işlər barədə iştirakçılara lakonik məlumatlar verilmişdir. Sonda kollektivlə xatirə şəkili çəkilmişdir.

Bəli, bu gün insan alveri dünyanı düşündürən poblemlərdən biridir. Gəlin bu problemlə birlikdə məşğul olaq.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN