Yevlaxda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfər ölüb, bir nəfərin axtarışları davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, dünən gecə noyabrın 7-də səhər saatlarında rayonun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi BMW markalı avtomobili su kanalına aşırıb. Nəticədə F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Xatırladırıq ki, axtarışları davam etdirilən Günay Hüseynovanın bu gün toyu olacaqmış...
A.Məmmədli