booked.netbooked.net booked.net  

Narkotiklərə qarşı mübarizə hələki əbədi mahiyyət daşıyır...

Necə deyərlər, bir yandan tutulurlar, o biri tərəfdən yeni dəstələr peyda olur... Binəqədi rayonunda da narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin fevrlaın 1-də yaydığı məlumatda deyilir. Tezadlar.az xatırladır ki, əməliyatın gedişində saxlanılan Bahadur Vəliyevdən 2 kiloqram, Xırdalan şəhər sakini Nurlan Tağıyevin üzərindən  və yaşadğə ünvanda 3 kiloqrama a yaxın  kiloqrama yaxın marixuana, heroin, metamfetamin və 31 ədəd metadon həbi aşkar olunub. Daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılan 1995-ci il təvəllüdlü Fərid Dadaşovdan isə 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Məlumata görə saxlanılan narkokuryerlər  narkotik vasitləri qaçaqçmalçılıq yoluilə İrandan  Azərbaycana  gətirdiklərini  bildiriblər. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəbrayıl Səttarzadə və rəhbərlik etdiyi dəstənin digər 3 üzvündən 1 kiloqrama yaxın tiryək, 1 ədəd “Kalaşnikov” avtomat silah, daraq və 19 ədəd patron aşkar olunub. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.

Məlumatda o da bildirilir ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 95 nəfər saxlanılıb. Vətəndaşlarla aparılaran profilaktik söhbətlərin nəticəsi olaraq 9 ədəd odlu silah  və 3500 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN