Sentyabrın 14-də və 15-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) Tezadlar.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 51 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 6,2 kiloqramdan artıq heroin, 34 kiloqrama yaxın marixuana, 7,3 kiloqramdan çox tiryək, 3,1 kiloqrama yaxın metamfetamin, həmçinin 1600 metadon həbi və 59 kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu olub.
R.XUDATQIZI