Sentyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
TEZADLAR.AZ xəbər veriri ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
Axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.