"ƏFQANISTANDA VƏTƏNDAŞ MÜHARİBƏSİ BİTMƏYİB"
"Taliban ABŞ və NATO üzərində faktiki qələbə çalaraq Əfqanıstanda nəzarəti ələ keçirsə də, idarəetmədə problemlərlə üzləşib. Birincisi, ali savadlı əfqan mütəxəssislərin bir hissəsi ölkəni tərk edib, yerdə qalan qismi də qaçmağa çalışır, ikincisi, ölkədə maliyyə qıtlığı yaranıb, xaricdəki bank hesabları dondurulub, insanlara isə dolanmaq üçün pul lazımdır, bank sistemi çöküb".