Professor Vaqif Abdullayev Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumundakı çıxışı barədə maraqlı yazı ilə çıxış edib. Professor yazır:
- Forumdakı çağırışlar bütün dünya ölkələrinin mənafeyini əks etdirən bir sıra mesajlarla yadda qaldı. İlk olaraq Qlobal Bakı Forumunun qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrildiyini bir daha təsdiqini tapdı. Eyni zamanda, Cənab İlham Əliyevin təşəbbüsu sayəsində yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa müddətdə qlobal ictimai hərəkata və ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan çox azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyini göstərdi.
Azərbaycan Prezidenti növbəti dəfə dünya dünya birliyini pandemiya ilə mübarizədə daha sıx olmağa və həmrəyliyə dəvət etdi. Bir çox ölkələrdə pandemiyaya qarşı mübarizənin təşkilinin, peyvəndləmənin aparılmasının normal təmin edildiyi halda, dünya ölkələrinin yarısından çoxunun hələ də bu qlobal fəlakətlə mübarizədə acizliyini və beynəlxalq təşkilatların soyuqqanlığının, ayrı-seçkiliyinin yolverilməz olduğuniu bəyan etdi. “Biz qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdənik. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Beləliklə, biz bərabər imkanların yaradılması üçün bu məsələni müzakirə etməliyik”. Dünya birliyinə səslənən bu açıq mesajın arxasında qlobal ədalətsizliyə narazılıq var, Azərbaycan Prezidenti qlobal siyasi və iqtisadi qərarlar qəbul edən beynəlxaql qurumların bu cür ədalətsizliyinin və ikili standartlardan çıxış etməsinin dayandırılmasını tələb edir.
Prezident İlham Əliyevin “Biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunlar bizim qlobal səviyyədə atdığımız addımlardır. Əlbəttə, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi və dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşma nümayiş etdirməsi bu xəstəliyin öhdəsindən gəlməyə yardım edəcək” mesajı da dünyanın siyasi və iqtisadi güclərinə çağırışdır.
Cənab Prezidentin ən mühüm bəyanatı isə Qarabağ probleminin həlli ilə bağlı oldu. “Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi” mesajı ilə 27 il ərzində kağız üzərində beynəlxaql siyasi sənədlərə dünya birliyinin susqun qalmasını və ədalətsiz davranmasını işarə etdi. Azərbaycan beynəlxalq hüquqi çərçivədən istifadə edərək öz ərazilərini işğaldan qurtarmaqla BMT, ATƏT, Avropa Parlamenti və Avropa Şurası kimi mötəbər təşkilatların fəaliyyətsizliyini vurğuladı. “ATƏT-in Minsk qrupunun həmsədrləri də bu bəyanatdan təəccüblənmiş və pərt olmuşdular, çünki artıq onların görə biləcəyi bir iş qalmamışdı” fikri isə bu təşkilatın oyuncaq quruma çevrildyinin təsdiqi oldu. Azərbaycan isə daha fəal və çevik addım atmaq əzmi ilə dünyada daha qətiyyətli ölkə olduğunu nümayiş etdirməkdədir...
Təqdim etdi: A.Məmmədli