MƏTBUAT ŞURASI SOLOVYOVUN QƏRƏZLİ MÖVQEYİNİ PİSLƏYİB
“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı xüsusunda yaranmış durum hadisə ilə bağlı yayılmış informasiyalara həssas yanaşılmasını aktuallaşdırır. Təəssüf ki, Rusiyada bu həssaslığı heç də hər kəs ciddi şəkildə düşünmür. Teleaparıcı, jurnalist Vladimir Solovyov belələrindən biri, bəlkə birincisidir.