Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “LaOtraCara” portalında tanınmış jurnalist Roberto Trobaxonun 4-6 noyabr tarixlərində ölkəmizdə keçirilməkdə olan VIII Beynəlxalq Bakı Forumu haqda “Azərbaycan hamı ilə birgə, hamıya görə və hamı naminə” başlıqlı məqaləsi dərc olunub.
"ÜÇTƏRƏFLİ BƏYANATLA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ SON QOYULDU"
“10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, 27 sentyabr tarixində başlamış Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük Zəfərlə yekunlaşdı. Üçtərəfli bəyanat tərəflər arasında hərbi əməliyyatlara son qoymaqla yanaşı, özündə bir sıra vacib müddəaları əks etdirən hərtərəfli sənəddir”.