"SAAKAŞVİLİ HƏYATINI İTİRƏ BİLƏR..."
Gürcüstanın eks-prezidenti M.Saakaşvili ilə bağlı vəziyyət artıq qloballaşır və siyasiləşir... Fakt: "Saakaşvilinin səhhəti pisləşir və hazırda o, artıq 20 kiloqramdan çox arıqlayıb". Bu sözləri eks prezident Mixeil Saakaşvilinin ukraynalı həyat yoldaşı Yelizaveto Yasko, Saakaşvili ilə görüşdən sonra jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, mübarizə davam etdirilməsə Saakaşvili həyatını itirə bilər: “Təəssüf ki, hər dəfə Mixeil Saakaşvilinin vəziyyətinin pisləşməsini görmək çox ağrılıdır. Prezident Saakaşvilinin həbsdə olması, vəziyyətinin hər gün daha da pisləşməsi çox yanlışdır və biabırçılıqdır. Bunu belə qoymaq olmaz. Təəssüf ki, seçkilər oğurlandı və bu, çox ağrılı və ədalətsizdir, lakin bu mübarizəni davam etdirməsək, həqiqətən də Mişanın həyatını və ümumiyyətlə, istənilən gələcəyi itirə bilərik. Onu o vəziyyətdə görmək, bu haqda danışmaq və hər gün daha da pisləşdiyini izləmək mənim üçün çox ağrılıdır. Onun yüksək keyfiyyətli tibbi xidmətə çox ehtiyacı var. Həmçinin, təbii ki, prezidenti həbsdən çıxarmaq lazımdır və bu, çox vacibdir", - deyə M. Saakaşvilinin həyat yoldaşı bildirib.
Gürcüstan KİV-ləri bu barədə hər gün narahat dolu yazılar paylaşır... Və maraqlıdır ki, siyasi rəhbərliyə yaxın KİV-lər də bu barədə geniş məlumatlar paylaşır...
A.Məmmədli