Rusiya səfirliyi: Əfqanıstan Prezidenti Qani pulla dolu maşınlarla qaçdı
Rusiya səfirliyindən RİA Novosti -yə verilən məlumata görə, Əfqanıstan Prezidenti Əşrəf Qani pulla dolu maşınlarla Kabildən qaçıb, amma apara bilmədikləri hava limanının uçuş meydançasında tökülüb qalıb.
Səfirliyin mətbuat katibi Nikita İşçenkonun sözlərinə görə, rejimin süqutunu Qaninin Əfqanıstandan qaçması daha çox bəlağətlə xarakterizə edir - pulla doldurulmuş dörd maşın, digər hissəsini də helikopterin içinə itələməyə çalışdılar, amma hamısı yerləşmədi: “ Və pulun digər hissəsi uçuş sahəsində qaldı ", - deyə o, vurğulayıb.
Qeyd edək ki, dünən “Nyu York Times” qəzeti Əfqanıstanın Doha danışıqlarındakı nümayəndə heyətinin bir üzvünə (adı açıqlanmır-red.) istinadən yaydığı məlumatda Əfqanıstan Prezidenti Qaninin həyat yoldaşı Rula və iki müşaviri ilə Özbəkistana uçduğu bildirib. Daha öncə isə Rusiya KİV-nin verdiyi məlumata görə, Əfqanıstan Prezidenti Əşrəf Qaninin Kabildan Tacikistana uçduğu, oradan da üçüncü ölkəyə gedəcəyi barədə məlumat yayılmışdı...
Lakin həm Özbəkistan, həm Tacikistan, həm də Qazaxıstan tərəf Qaninin təyyarəsinin ölkələrinin ərazisində eniş etmədiyini bildirdilər.
Xatırladaq ki, "Taliban" Kabilə girdikdən sonra Qani istefaya gedib. O, bu yolla qan tökülməsinin qarşısını almağa çalışdığını bildirib.
Amma yuxarıda qeyd edilənlər öz təsdiqini taparsa...
JASMİN