Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyənin CNN TV- kanalına verdiyi müsahibə Ermənistanın ardınca Rusiyada da ciddi narahatlıq yaradıb. Nəhayət, bu narahatlıq özünü çox gözlətmədi. Jirinovski-Vahabzadə dartışması bununla da, sanki yox oldu. Və Rusiya XİN rəsmisi Mariya Zaxarova rəhbəri Lavrovun ürəyindən keçənləri xırdaladı. Özü də Prezident İlham Əliyevin bir yox, iki bəyanatına reaksiya verildi. Məsələn, Prezident İlham Əliyevin "...Rusiya Ermənistanı silahlandırmqdan geri çəkilməlidir" və "Onsuz da Azərbaycanla Ermənistan arasında qüvvələr balansı yaratmaq mümkün olmayacaq... Azərbaycan regionda ən güclü dövlətdir..." kimi bəyanat və xatırlatmalarına Mariya Zaxarova belə deyib: "...Silah ixracı Rusiyanın süveren hüququdur." və "...Azərbaycan və Ermənistanla müvafiq əməkdaşlıq içindəyik. İki ölkə arasında balansın qorunmasına xususi diqqət edirik...". 
 Bəli, dünya görür ki, Azərbaycan haqq mübarizəsindədir. Amma Rusiya bunu görmək və qəbul etmək istəmir... Təsəvvür edirsinizmi, Rusiya rəsmləri hər addımda Azərbaycanın hərbi uğurunu həzm edə bilmədiklərindən reaksiyalarından, atmacalarından... qalmırlar. Məsələn, Rusiyanın müdafiə naziri Şoyqu neçə gün əvvəl Ermənistanda olarkən erməni həmkarına   qılınc bağışlayaraq atmacasından qalmadı: "...Siz hesab edin ki, artıq Ermənistanın silahlandırılması başladı...".
Məşədi İbad demiş, heç hənanın yeridir? Və Şoyqu bilə-bilə ki, bu atmaca kimə ünvanlanıb... Yüz illərdir bəslədikləri, himayə etdikləri Ermənistanın arxasından qaçıb diz çökməsinə, dünyada biabır olmasına nail olmaları bəs deyil, indi də Ermənistanın başını sığallamaqlarından qalırlar...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN