Bu gün bir dostumla rastlaşdım, yaman bikef gördüm... Dedim, noolub, niyə kədərlisən? Kövrək halda dilləndi:
-Xalamın qaynənəsini dəfn etdik...
-Mərhumənin neçə yaşı var idi?
- 98...
-Ehh... Allah rəhmət eləsin!- deyib kədər içində ona baxdım... Birdən soruşdu:
-Bəs sən niyə kədərlisən?
-Mən də 30 yaşlı cavanın dəfnindən gəlirəm...
-Vayyy... Kim idi dəfn etdiyiniz?
- Ermənilərin əlimizdən aldığı 30 illik gəncliyimiz... 30 ildi dəfn edə-edə gəlib-gedirik...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN