Xəbər verildiyi kimi 30 avqust 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevi qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazir Ceyhun Bayramov qarşı tərəfi təyinatı münasibətilə təbrik edib.

İqor Xovayev cari səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib. 

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.

Tərəflər, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.

 ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevin açıqlamasından belə məlum olur ki, bu görüş tanışlıq xarakteri daşıyır. Sonra nə baş verəcək? Heç nə? 30 il nə baş verdi ki? Ermənilər ATƏT-in mandatı altında da təxribatlarını davam etdirdilər, nə qədər azərbaycanlı əsgərini öldürdülər. Bütün bu gərəksiz təşkilatın fəaliyyətini davam etdirməsinə ehtiyac varmı? Xovayev gedəcək, Fransanın,ABŞ-ın nümayəndəsi gələcək. Sonra bunlar birləşib üçü birdən gah Ermənistana, gah Azərbaycana səfər edəcək, müxtəlif bəyanatlar verib, yenə gələcəklər, gedəcəklər.Əvvəllər olduğu kimi, prosesi illərlə uzadacaq, regionda güya sülh yaradacaqlar. Lazım deyil, cənablar! Bezdik bu danışıqlardan, səfərlərdən, bəyanatlardan. ATƏT-in tək bircə tələbi olmalıdır: erməni Qarabağdan  rədd olub getməlidi,vəssalam. Mülki erməni də, silahlı erməni də. Yorulduq bu bir yığın həyasız məxluqun Azərbaycan torpağında terror, təxribat törətməsindən. Bu illər ərzində ATƏT-in həmsədrləri olan Rusiyanın,Fransanın, ABŞ-ın erməniləri necə bir canfəşanlıqla müdafiə etməsinin, birtərəfli mövqe tutmalarının şahidi olmadıqmı?

Bu qədər də olmaz axı.Qarabağı sınaq poliqonuna çeviriblər. Azərbaycan xalqı nə ATƏT-ə, nə də onun Azərbaycanın xeyrinə nəsə etməsinə inanmlr.

Dünyanın ən həyasız məxluqları olan ermənilərə gəlincə, onların hamısı bir nəfərə kimi Azərbaycan torpağından rədd olub getməlidirlər. Azərbaycan qanunları ilə yaşamaq istəmirlər.Qoy getsinlər Rusiyaya, Fransaya,ABŞ-a.

İşə bax ki, Rusiya dünyanın hər yerindən Qarabağa erməni gətirir,silahlanmasına şərait yaradır, sonra da “sülhməramlı” adı altında münaqişəyə nəzarət edir. Azərbaycan xalqı daha  bu nağıllara inanmır. İndi ATƏT-in yeni-yeni nümayəndələrinin Azərbaycana səfər etməsinə qarşı qəti etirazımızı bildirməyə tam haqqımız çatır və biz bu süveren hüququmuzun pozulmasına imkan verməyəcəyik.  

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN