ABŞ Dövlət katibi Entoni  Blinken  Dohaya səfəri zamanı “Taliban”  nümayəndələri ilə görüşməyi planlaşdırmayıb.

“Hələlik Dohada “Taliban” ilə heç bir görüş keçirməyimiz planlaşdırılmır, bu səfər daha çox Qətərlə əlaqələrimiz və göstərilən dəstəyə görə təşəkkürümüzü ifadə edir", - deyə departament nümayəndəsi vurğulayıb.

Blinkenin daha əvvəl bildirdiyi kimi, yaxın günlərdə Əfqanıstandan təxliyə olunanların yerləşdirilməsi üçün səylərini davam etdirərək Qətər və Almaniyaya səfər edəcək. Dövlət katibinin bazar günü Dohaya gedəcəyi gözlənilir.

Qeyd edək ki, Qətərin xarici işlər naziri Məhəmməd İbn Abdurrahman Əl-Sani Qətərdə səfərdə olan Böyük Britaniyanın Xarici işlər naziri Dominik Raabla paytaxtı Dohada bir araya gəlib. İki həmkar arasında baş tutan görüşdə Əfqanıstandakı son vəziyyət müzakirə olunub. Qətər xarici işlər naziri Əl Sani görüş zamanı Kabildəki hava limanının istismarına mümkün texniki dəstək mövzusunu Türkiyə ilə müzakirə etdiklərini, taliban ilə də bu barədə danışıqlar apardıqlarını qeyd edib.

Böyük Britaniyanın xarici işlər naziri Raab isə ölkəsinin “Taliban”ı rəsmiyyətdə tanımıyacağını bildirib.

Xatırladaq ki, avqustun 15-də "Taliban" qruplaşması Kabilə girdikdən sonra Əfqanıstan Prezidenti Əşrəf Qani istefaya gedib və ölkədən qaçıb. O, bu yolla qan tökülməsinin qarşısını almağa çalışdığını bildirib

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN