"Ermənilər gözləyirdilər ki, ATƏT-in Minsk qrupu yenidən  gəlib məsələyə qarışsın, lakin bu arzu onların ürəklərində qaldı. Azərbaycan əks-hücuma keçərək, öz gücünü göstərdi və qələbə qazandı".

Bunu Prezident İlham Əliyevin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı ilə əlaqədar açıqlamasında siyasi ekspert Telman Qasımov deyib: "Çox möhtəşəm çıxış oldu. Bütövlükdə Azərbaycanın həm müharibədən öncə, həm də müharibədən sonrakı bütün siyasi xəritəsini xalça üzərində olan bəzəklər kimi çox gözəl açıqladı və dünya içtimaiyyətinə çox gözəl şəkildə çatdırdı. Olduqca maraqlı və maarifləndirici bir çıxış oldu. Çünki Azərbaycanda baş verən siyasi, iqtisadi məslələrdən ta Ermənistan münaqişəsindən terrorizminə qədər fikirlər söylədi. Xüsusən də Azərbaycanın yeraltı-yerüstü enerjilərinin əldə olunması, beynəlxalq və dünya bazarlarına çıxarılma məsələlərindən başlamış xırdalıqlara qədər məsələlərə toxundu. Burada ən vacib məsələ  Ermənistaının Azərbaycana qarşı törətdiyi 30 illik işğalçılıq siyasəti idi. Ermənistanın işğalçılığı nəticəsində işğal olunmuş ərazilərin təbiətinə və florasına böyük ziyan vurulub, oradakı yeraltı-yerüstü sərvətlər və qeyri-qanuni olaraq Azərbaycanın milli sərvətləri istismar olunub, bu isə çox böyük problemlər yaradıb. Prezident çox doğru söylədi ki, qış aylarında gələn suyun qarşısını alır, Azərbaycana çox böyük ziyanlar vururdu. Xüsusən də Aran və Qarabağ rayonlarında  təxribatlar törədirdilər. Həmçinin 44 günlük müharibə barəsində ətraflı şəkildə çıxış edən ölkə başçımız bildirdi ki, ondan öncə Paşinyanın "Qarabağ Ermənistandır" deməsi onu göstərdi ki, Ermənistan Qarabağın qaytarılma məsələsinə heç də razı deyil, əksinə, "müharibə başlayarsa, gəlib Kürdə  oturacayıq" - deyə müdafiə naziri fikirlər səsləndirirdi. Onlar gözləyirdilər ki, ATƏT-in Minsk Qrupu yenidən gəlib məsələyə qarışsın, lakin bu arzu onların ürəklərində qaldı. Azərbaycan əks-hücum edərək, öz gücünü göstərdi və qələbə əldə etdi. Cənab Prezidentin bu çıxışı çox müsbət qarşılandı və hətta Erəministanda əks-səda verdi, onlar  çıxışlara qarşı ənənəvi olaraq ironiya ilə yanaşdılar. Onlar guya deyirdilər ki, Azərbaycan öz ölkəsinə düzgün məlumat verməyərək, Qarabağı öz müqəddəratı kimi təyin edib. Emənilər bilməlidir ki, onlar üçün bir dövlət var, ikinci dövləti özgə bir dövlətin ərazisində yaratmaq absurd məsələdir. Axı necə ola bilər iki xalq  həmsərhəd bölgələrində yaşadıqları bir vaxtda onların bir müstəqil dövlətləri var və müstəqil dövlətin ərazisində ikinci bir müstəqil dövlət yaratmaq istəyirlər. Bu, dünya praktikasında olmayan bir məsələdir. Xarici təşkilatlar və qeyri-hökumət təşkilatları bunu dünya arenasına çatdırmalıdır. Çünki dünya bu tarixi o qədər də yaxşı bilmir. Hansı ki, Azərbaycanı gözdən salmaq üçün aksiyalar, kampaniyalar aparırlar. Cənab prezidentin bu çıxışı çox incəliklə, çox zərgərcəsinə bir çıxış oldu. Son zamanlar ermənilərin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı təxribat xarakterli tədbirləri, müraciətləri, çıxışları yenidən başlayıb. Yenə o qapıya, bu qapıya qaçıb dilənməyə başlayıblar. Ağlaşma quraraq dünyaya saxta məlumatlar verməyə çalışırlar. Biz bu gün arxayınlaşıb oturmalı deyilik ki, bu gün artıq hər şey yerindədir, hər şey bitib deməməliyik. Heç nə bitməyib. Sadəcə, müharibənin qaynar fazası bitib. Müharibədən sonra olan proseslər var ki, ictimaiyyətdi, mediadı, bunlar gərək aktiv şəkildə işləyib dünyaya həqiqətləri çatdıra bilsinlər. Çünki düşmən yatmır, düşmən ayıqdır və gecə-gündüz çalışır. Bu dəfə dünyada Azərbaycanı gözdən salmaq üçün əsl həqiqətlərə əks məlumat vermək və Azərbaycanı işğalçı bir dövlət kimi dünyaya tanıtmağa çalışırlar. Burada bir nömrəli məsələ Azərbaycan mediası və ictimaiyyətidir ki, bu məsələlərdə aktivləşməlidirlər. Qaynar faza bitsə də, bizim təbliğat hücumumuz dayanmamalıdır. Gecə-gündüz yorulmadan çalışmalıyıq. Cənab Prezidentin çıxışlarına gəlincə isə, o, lazım olan fikirlərin hər birini söylədi. Hətta deyərdim ki, xarici medianı yenidən düşünməyə vadar edəcək fikirlər söylədi. Qeyd edim ki, qarşıdan gələn 27 sentyabrı zəfərimizin ilk günü kimi və Milli Anım günü kimi qeyd edəcəyik. Ermənistanda isə bu gün qara bayram kimi qeyd olunacaq".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN