Azərbaycan Haaqadakı Daimi Arbitraj Məhkəməsinə Ermənistanın 1979-cu il "Bern Konvensiyası"nı pozduğuna dair iddia sənədi təqdim edib.

İddiada Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində ətraf mühitə vurduğu ciddi ziyan ətraflı təsvir edilib. Məlum olub ki, bölgənin zəngin biomüxtəlifliyinə ağır zərbə vurulub, yaşayış yerləri və yüzlərlə vəhşi təbiət növü məhv edilib. Bu ziyan əsasən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz ağac kəsimi, mədənçilik və su elektrik stansiyalarının tikintisi nəticəsində yaranıb. Azərbaycan Ermənistanın ekoloji cinayətlərinə görə tam təzminat ödəməsini tələb edir.

Tezadlar.az xəbər verir ki, mövzu ilə bağlı siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev bildirib ki, Ermənistan dövləti özündən əvvəlki hakimiyyətin varisidir və Azərbaycan xalqına dəyən maddi və mənəvi ziyanı mütləq ödəməlidir: "Ermənistanın işğalçılıq siyasəti bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri ilə təsdiq edilmişdir. Yəni  BMT-nin dörd məlum qətnaməsi var və bu qətnaməyə görə Ermənistan rəsmi şəkildə işğalçı kimi tanınmışdır. Bu işğalçılıq dövründə 30 ilə yaxın Ermənistan  Azərbaycan ərazisini işğal altında saxladığı dövrdə Azərbaycana  müxtəlif sahələrdə ziyan vurmuşdur. Həm ekoloji, həm energetika sahəsində, həm  tarixi abidələrimizin dağıdılması, mədəniyyət və digər sahələrdə. Ermənistan işğal dövründə soyğunçuluqla məşğul olmuşdur. Azərbaycan xalqına mənəvi ziyan vurmuşdur. Yəni qəbiristanlıqlarımızın dağıdılması faktları kifayət qədər məlumdur. Şəhərlərimizin, kəndlərimizin və tarixi abidələrimizin dağıdılması faktları kifayət qədər məlumdur. Ümumilikdə Ermənistan işğalçılıq dövründə Azərbaycana külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Təbiidir ki, işğaldan azad edildikdən sonra Ermənistan bir dövlət olaraq məsuliyyət daşımalıdır. İndiki Ermənistan hakimiyyəti ondan qabaqkı Ermənistan dövlətinin varisidir. Yəni Sarkisyan, Koçaryan hakimiyyətinin varisidir. Bu varisliyə görə məsuliyyəti indiki hakimiyyət daşıyır. Bu halda Ermənistan dövləti törətdiyi bu cinayətlərə görə məsuliyyət daşıyır. Bu məsuliyyəti isə Ermənistan xalqı boynuna götürüb və bunun əvəzinə təzminat verməlidir.  Azərbaycan dövlətinə, Azərbaycan xalqına vurulan maddi və mənəvi zərərə görə məsuliyyət daşımalıdır və bunun əvəzində dəyən ziyanın əvəzi ödənilməlidir".

A.Məsiyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı maddi və mənəvi ziyanı hələ də təsirlərini davam etdirir: "Ümumilikdə Ermənistan-Azərbaycan arasında münaqişə dövründə  Azərbaycan ərazisinə kifayət qədər minalar basdırılıb. Azərbaycan ərazisində terror siyasəti indi də davam edir. Bu gün Ermənistan tərəfindən Azərbaycan ərazisində basdırılmış minalardan yüzlərlə, minlərlə insan  əziyyət çəkir. Bu insanlara dəyən ziyanın təzminatı verilməlidir. Ermənistan mina xəritələrini vermədiyinə görə və 10 noyabr sazişindən sonra yenidən işğal olunan ərazilərdə gizli şəkildə minaların basdırılması prosesi getmişdir. İndi də bu minalardan Azərbaycan xalqı, Azərbaycan dövləti ziyan çəkir və dediyim budur ki, aparılan bu cür mina terroruna görə də məsuliyyət daşımalıdır. Ümumilikdə Xocalı soyqırımı məsuliyyətini daşımalıdır və bu soyqırıma görə təzminat verilməlidir. Ermənilər bu 30 ildə elə bir vəhşilik törətmişdir ki, bunun məsuliyyətini erməni xalqı tarix boyu daşımalıdır. Bu gün Ermənistan dövləti elə bir davranış edir ki, elə bil ki, bu ziyanları bunlar törətməyibdir. Ermənistan bu məsuliyyətini dərk etməlidir və sülh sazişinin də bağlanması prosesində  Azərbaycana vurduğu mənəvi, maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyini boynuna götürməlidir”.

Azad Məsiyev əlavə edib ki, Ermənistan tərəfi zərəri müəyyən məbləğ ilə qarşılaya bilməsə, başqa alternativlər də düşünülə bilər: "Təbii ki, qeyri-rəsmi mənbələrin hesablamalarına görə 300-400 milyard dollar civarında maddi ziyan vurulub. Mən mənəvi tərəfini demirəm. Bu maddi ziyana görə Ermənistanın bu qədər təzminat ödəməsinin real imkanları məhduddur. Bu baxımdan bu təzminatın verilməsini biz torpaq mübadiləsi ilə həyata keçirə bilərik. Yəni, tarixi torpaqlarımızı Zəngəzurun, Göyçənin qaytarılmasını əvəzləmək mümkündür. Bunu da hesab edirəm, beynəlxalq hüquq normasında həyata keçirmək üçün beynəlxalq məhkəmələrdə bu qərar qəbul edilməlidir ki, biz gələcəkdə bunu Ermənistan dövlətindən, Ermənistan xalqından tələb edək. Hesab edirəm ki, bu proses Azərbaycan dövlətinin diqqətindədir və dəfələrlə Azərbaycan prezidenti də öz müsahibələrində bu barədə açıqlamalar vermişdi. Azərbaycan tərəfi müxtəlif  sahələrdə ekspertləri  Azərbaycana dəvət edirdi və ekspertlərin rəyi olmalıdır ki, bunu da Beynəlxalq Məhkəmədə mübahisə zamanı ekspertlərin rəyindən də istifadə olunsun".

Müsahibimiz onu da qeyd edib ki, Ermənistanın işğal dövründə ətraf mühitə vurduğu zərər, meşələrin qırılması da onun "Bern Konvensiyası"nı pozduğuna ən böyük nümunədir: "Belə bir məlumat da var ki, atom elektrik stansiyasından əldə edilən tullantıların basdırılması prosesi də Azərbaycan ərazisində həyata keçirilir. Yəni ekoloji cəhətdən radioaktiv maddələrin Azərbaycan ərazisinə atılması prosesi gedib. Eyni zamanda, bildiyiniz kimi, Ermənistan dövləti ümumilikdə istər sovet dövründə, istərsə də işğalçılıq dövründə çirkli, radioaktiv, kimyəvi maddələrin çaylara axıdılması prosesi də olmuşdu. Radioaktiv maddələri çaylara axıtmaqla, eyni zamanda meşələrin qırılması ilə ekoloji baxımdan böyük ziyanlar vurmuşdu. Ümumilikdə, sovet dövründə bu ərazilərdə nə qədər mədəni abidələr vardısa, hamısı talan olundu, dağıdıldı. Eyni zamanda, təhsil, maarif sahəsində də məktəblərin, mədəniyyət evlərinin dağıdılması prosesi getmişdi. Muzeylərimizin dağıdılması prosesi getmişdir. Ermənistan maddi və mənəvi ziyana görə məsuliyyət daşımalıdır".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN