İran vətəndaşları və yük maşınları Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı və Ermənistan vasitəsi ilə Azərbaycanın Laçın şəhəri və Qarabağ bölgəsinə getməməlidirlər.

Trend-in məlumatına görə, bu, İranın Yol və Nəqliyyat Təşkilatının İranın beynəlxalq nəqliyyat şirkətlərinə ünvanladığı məktubda qeyd olunub.

Məktubda bildirilir ki, Azərbaycan qanunlarına əsasən təyin olunan rəsmi sərhəd keçidlərindən kənar əcnəbi ölkələrin vətəndaşlarının bu ölkəyə girişi Azərbaycanın sərhədlərinin pozulması hesab olunur və buna görə həmin şəxslər məsuliyyət daşıyır.

Məktubda, həmçinin qeyd olunur ki, İranın beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanın Qarabağ bölgəsi ilə istənilən ticarət müqaviləsi imzalamasınlar, yükdaşıma ilə bağlı sənədlər hazırlamasınlar, məhsullar daşımasınlar.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN