Ermənistan müharibəni hələ 2018-ci ilin mayında uduzub- Tevanyan
“Sputnik Armenia” saytı 27 sentyabrda Ermənistan parlamentinin “Ayastan” (Ermənistan) blokundan olan deputatı Andranik Tevanyanın fikirlərini yayıb. Ermənistan dövlətinin ideoloji əsaslarına toxunan deputat hesab edir ki, bu ideologiyanın əsası Qarabağ hərəkatı ilə bağlı idi. Ermənistanın müharibədəki məğlubiyyəti dövlətin mövcudluğunu şübhə altınan salan bir faktordur.