Bu gün Yeni Yasamal - 1 ərazisindən keçən su kəmərində qəza baş verib.

Beləki, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərindəki qəza nəticəsində ətrafı su basıb, gediş-gəlişə maneçilik yaradıb. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, hadisə səhər 06.30 radələrində baş verib. Su xəttindəki qəza nəticəsində yaxınlıqda olan “Mersedes” markalı avtomobilin üzərinə lay daş düşüb və ciddi ziyan dəyib. Xoşbəxtlikdən həmin zaman ərazidən heç kəs keçmədiyi üçün xəsarət alan da olmayıb.

Qəzadan sonra həmin ərazidə böyük bir çala əmələ gəlib...

 

Azərsu” ASC Yasamal rayonunda partlayan magistral su xətti ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, qəza bu gün səhər saatlarında “+ 52 Alatava” və  “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində baş verib:

“Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub. Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN