Rusiya yeni hegemon olmaq niyyətində deyil, sadəcə olaraq mövcud olmaq və azad inkişaf hüququnu müdafiə edir...

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, gözlənilməz çIxışı Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib. Sitat: "Qərbin dünya işlərində bölünməz hökmranlığının tarixi dövrü başa çatır, birqütblü dünya keçmişə çevrilir. Biz tarixi dönüş nöqtəsindəyik. İkinci Dünya Müharibəsinin bitməsindən sonra yəqin ki, ən təhlükəli, gözlənilməz və eyni zamanda mühüm onillik qarşıdadır".

Putin onu da əlavə edib ki! yeni dövrün əsas ziddiyyəti bundan ibarətdir: Qərb bəşəriyyəti təkbaşına idarə etmək iqtidarında deyil, buna ümidsiz şəkildə çalışır və dünya xalqlarının çoxu artıq buna dözmək istəmir.

 Xatırladaq ki, SSRİ dağıldıqdan sonra Rusiya dünyanın hegemen dövləti olmaq iddiasını gizlətmədi və Qərbə meyillənən keçmiş SSRİ respublikalarını cəzalandırma yolu tutdu. Bu isə sonda həmin respublikaların Rusiyanın təsirindən uzaqlaşmaq meyillərini daha da sürətləndirdi.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN