Rusiyanın təbliğat iddialarına baxmayaraq, rus qoşunları Donetsk vilayətinin Baxmut bölgəsində və ya cəbhə xəttinin heç bir yerində irəliləmir.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitik hesabatında bəhs edilir. Sitat: “Rusiya qüvvələri Ukraynanın şimal-şərqində və cənubunda davamlı itkilər fonunda özlərini ən azı bir sektorda uğurlu göstərmək üçün Baxmut bölgəsində irəliləyiş iddialarını saxtalaşdırırlar”.

Analitiklərin fikrincə, Rusiya təbliğatı Rusiya qüvvələrinin Baxmutda əhəmiyyətli irəliləyiş əldə etdiyi barədə xəbər yayır. Bu, rus qoşunları arasında əhval-ruhiyyəni artırmağa və ola bilsin ki, Wagner Group-un maliyyəçisi Yevgeni Priqojinin şəxsi statusunu zənginləşdirməyə hesablanıb. Analitiklər əlavə ediblər: “Rusiya qüvvələri Ukraynanın Baxmut qalasına doğru məhdud irəliləyiş əldə etmişdi, lakin onlara baha başa gəldi”.

Priqojin isə oktyabrın 23-də Vaqner Qrupunun Baxmut yaxınlığındakı quru əməliyyatlarının ləng tempini etiraf edib və Vaqner qüvvələrinin gündə cəmi 100-200 metr irəlilədiyini iddia etmişdir.  Təhlilçilərin fikrincə, təxminən oktyabrın 24-də Ukrayna qüvvələri Baxmutun şərq kənarındakı beton zavodunu dəf edib. Bundan əlavə, oktyabrın 16-da Ukrayna tərəfi Ukrayna qüvvələrinin Rusiyanın bu hücumlarına qarşı mövqelərini saxladığı üçün Rusiya qüvvələrinin Baxmut yaxınlığındakı bir neçə şəhəri ələ keçirdiklərini yalan hesab etdikləri barədə məlumat veriblər. Hesabatda isə aydın yazılıb ki, “Hətta iddia edilən irəliləyiş sürəti mexanikləşdirilmiş müharibədəki əsas səy üçün uğursuz olardı – və iddialar əslində şişirdilmişdir”.

Həqiqətən də son vaxtlar Rusiya hərbi qüvvələrinin hansısa yaşayış məntəqəsini ələ keçirməsi barədə məlumat kasadlığı var. Rusiya Hərbi kontingenti əsasən raket hücumuna üstünlük verir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN