Bu gün Soçidə İlham Əliyevlə Paşinyan arasında görüş baş tutdu...

Tezadlar.az bildirir ki, bu üçtərəfli görüşün təşəbbüskarı Rusiya Prezidenti V.Putin idi... Vladimir Putin isə maraqlı məzmunlu çıxış edib: “Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır”. Bu isə o deməkdir ki, Azərbaycanla Ermənistan dost olmalıdır. Bəs necə dost olaq ki, bu yaramaz ölkənin cinayətkar ünsürləri 30 ildir torpaqlarımızı işğal altında saxlamaları bir yana, həm də hər yeri darmadağın etdilər... "Ria Novosti" isə yazır ki, Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə əlavə edib: “Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik”.

Bəli, Putin yumşaq deyib, amma Ermənistanın siyasi rəhbərliyi anlamalıdır ki, başqa yol da yoxdur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN