Xəbər verildiyi kimi, dünən İrəvanda KTMT-nin yaranmasının 30 illiyi ilə bağlı üzv ölkələrin rəhbərlərinin toplantısı keçirilib...

PAşinyan erməni ənənəsinə uyğun göz yaşı töküb. Sitat: "Təəssüflər olsun ki, KTMT-nin yaranmasının 30 ilindən sonra biz yubiley əhval-ruhiyyəsində deyilik - bu təşkilat Azərbaycanın bizə qarşı addımlarını dayandıra bilmədi".
Tezadlar.az Ermənistan KİV-lərinə istinadla bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurası katiblərinin görüşündə onu da əlavə edib ki, KTMT üzvlüyü Ermənistanı Azərbaycanın atdığı addımlardan qoruya bilməyib... 
Bəli, KTMT Azərbaycan torpaqlarını 30 ildir işğal altında saxlayan bir təcavüzkar ölkəyə yardım edə bilmədi. Etməyəcək də... Çünki KTMT hansısa bir xarici ölkənin üzv ölkəyə təcavüzünə müfğdaxilə edə bilər. Konkret halda isə, Ermənistan Azərbaycan ərazisinə hücum etmişdi. Ona görə də Ermənistana qarşı tədbir görülməlidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN