Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün yeni muzdlular dəstəsi hazırlayır.

Tezadlar.az Ukrayna Milli Müqavimət Mərkəzinin (CNS) mediada yaydığı məlumatına istinadla bildirir ki, artıq Kursk vilayətində “Afrika Korpusu” yaratmaq üçün 50-dən 100-ə qədər əsgər və zabitin toplanması planlaşdırılan işə cəlbetmə kampaniyasına başlanılıb. Bu korpus əvvəllər Afrikada fəaliyyət göstərən, lakin Ukraynadakı hərbi əməliyyatlara köçürülmüş "Vaqner" Özəl Hərbi Şirkətinin muzdlularını əvəz etmək üçün nəzərdə tutulub. Yeni kontingentin Burkina-Faso ərazisində formalaşacağı və onun əsas vəzifəsinin Ukraynaya qarşı müharibədə iştirak etmək üçün yerli muzdluları hazırlamaq olacağı gözlənilir.
Tezadlar.az xatırladır ki, prezident Vladimir Putinin ötən il imzaladığı fərman Rusiya ordusunda xidmət edən əcnəbi vətəndaşlara tez bir zamanda vətəndaşlıq almağa imkan verir. Əvvəllər Kuba səlahiyyətliləri Ukrayna ilə müharibədə iştirak etmək üçün kubalıları Rusiya ordusunda xidmət etməyə cəlb etməyə çalışan Rusiya cəlbetmə şəbəkəsinə qarşı da tədbir görüb. Kubada yeni həbs edilmiş şəxsləri belə hallarda ölüm cəzası da daxil olmaqla ciddi cəzalar gözləyir. Bundan əlavə, Rusiya ordusunda xidmət edən 6 nepallının öldürüldüyü məlum olduqdan sonra hakimiyyət Moskvadan öz vətəndaşlarını Rusiya ordusuna cəlb etməyi dayandırmağı və bütün Nepal vətəndaşlarını geri qaytarmağı tələb edən xəbərlər gəlməkdədir.

Ukrayna hakimiyyəti hələki bu məsələni beynəlxalq səviyyədə müzakirəyə çıxarmayıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN