İtaliyalı aktrisa Sofiya Loren Cenevrədəki evində yıxılaraq ayağı sınıb.
Bu barədə kino ulduzunun sentyabrın 26-da açacağı Bari şəhərindəki “Sophia Loren” restoranı məlumat yayıb.
89 yaşlı Loren müayinə üçün xəstəxanaya çatdırılıb və bir neçə omba sınığı aşkarlanıb və uğurlu əməliyyat olunub.
İndi onun oğulları Edoardo və Karlo aktrisanın yanındadır. Kino ulduzunu sağalma dövrü gözləyir.
Avqust ayında Rusiyanın xalq artisti Yuri Nazarov da Moskvanın "Polezhaevskaya" metro stansiyasında yıxılaraq xəstəxanaya yerləşdirilib. 86 yaşlı aktyor ayağının sınması şübhəsi ilə xəstəxanaya yerləşdirilsə də, müayinə zamanı həkimlər onun yıxılma nəticəsində omba nahiyəsində əzilmiş xəsarətlər olduğunu müəyyən ediblər.
E.ŞİRİNOV