Leninqrad vilayətində FTX əməkdaşları tərəfindən saxlanılan şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə hərəkət etdiyini etiraf edib.
Ukrayna xüsusi xidmət orqanları ona qazpaylayıcı stansiyanın boru kəmərini partlatmaq tapşırığı verib. Telegram vasitəsilə ona partlayıcı qurğunu götürməli olduğu "əlfəcin" yerinin koordinatları verilib.
O, təxribat törətmək üçün partlayıcı maddə olan çantanı hasarın üstündən atıb və çubuq və kəndirdən istifadə edərək onu boruya yaxınlaşdırıb.
FTX əməkdaşları onun üzərindən beş hazır əldəqayırma partlayıcı qurğu tapıblar. Həmin şəxs “Sabotaj” və “Partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz dövriyyəsi” maddələri ilə ittiham olunub.
E.ŞİRİNOV